22 Sentyabr 2023
Ölkə futbolu

“Lerik”dən darmadağın, Şəki klubundan geridönüş – Nəticələr

Azərbaycan II Liqasında 3-cü turun oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyuj günündə 3 görüş keçirilib.

“Lerik” öz meydanında “Şəfa”nı qəbul edib. Matç cənubluların darmadağını ilə yadda qalıb – 6:1.

Şəkidə “Şəki Siti” “Ağdaş”la münasibətlərə aydınlıq gətirib. 3 qolun qeydə alındığı oyunda 3 xalı ev sahibi komanda qazanıb – 2:1.

Günün digər matçında “Cəbrayıl” səfərdə “Kümrük Qax”a qalib gəlib – 3:0.

Azərbaycan II Liqası

3-cü tur

Lerik – Şəfa – 6:1

Şəki Siti – Ağdaş – 2:1

Kümruk Qax – Cəbrayıl – 0:3


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43