Avroliqanın play-off mərhələsində Hollandiya “Tvente”sinə rəqib olan “Qarabağ”ın hollandiyalı futbolçusu Leroy Corc keçiriləcək oyun haqda danışıb.
İdmanxeber.com-un məlumatına görə, Hollandiya mətbuatına danışan L.Corc bu sözləri deyib:
“Komanda yoldaşlarımdan biri mənə zəng edib Hollandiyaya gedəcəyimizi söylədi. “Tvente” ilə oynayacağıq? deyə soruşdum. Əlbəttə, doğma vətənimdə oynamaq hər zaman maraqlıdır. Bir sıra komandalar bizi lazımi səviyyədə qiymətləndirmirdi. Ancaq sonradan haqqımızda təriflər eşidirdik. Əgər Bakıda “Tvente” ilə oyunda yaxşı nəticə qazansaq, o zaman mərhələni keçmək şansımız yaranacaq. Mən buna inanıram”.