“Bavariya”nın hücumçusu Leroy Sane karyerasını İngiltərədə davam etdirə bilər
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədə olan 28 yaşlı almaniyalıya bir sıra Premyer Liqa klubları maraq göstərir. Futbolçu ilə maraqlanan komandalar futbolçunu azad agent kimi almağı planlaşdırır.
Sane 2020-ci ilin iyulundan “Bavariya”da çıxış edir. 2024/25 mövsümündə forvard komandasının heyətində 4 matçda 1 qol vurub. “Transfermarkt” portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Sane 2016-2020-ci illərdə “Mançester Siti”də çıxış edib.