“Mançester Siti” klubunun baş məşqçisi Manuel Pelleqrini heyətini gücləndirmək istəyir.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis “Şalke”də forma geyinən Leroy Sane ilə yaxından maraqlanır.
Almaniyanın məşhur “Bild” dərgisi yazır ki, “şəhərlilər” 19 yaşlı futbolçuya görə 55 milyon avrosundan keçməyə hazırdı. Yaxın günlərdə Pelleqrininin alman klubuna rəsmi təklif göndərəcəyi gözlənilir.
Əgər transfer baş tutsa, Sane tarixin ən bahalı alman futbolçusu olacaq.