“Barselona”nın hücumçusu Robert Levandovski komandadan ayrılmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, polşalı futbolçu daha bir il Kataloniya klubunda qalacaq. Levandovski “Rayo Valyekano” ilə matçda (1:0) meydana çıxdığı üçün müqaviləsi avtomatik 2026-cı ilin yayına qədər uzadılıb.
Təcrübəli forvard bu mövsüm bütün yarışlarda 34 matçda iştirak edib, 32 qol vurub.