21 Oktyabr 2024
Dünya futbolu

Levandovski və Yamal Messinin rekordunu təkrarladı

“Barselona” La Liqanın növbəti turunda “Sevilya”nı 5:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, hücumçu Robert Levandovski bu görüşdə dubla imza atıb. O, Lionel Messidən sonra La Liqada 10 turdan sonra 12 qol vuran ilk oyunçu olub.

Levandovski ilə yanaşı, Iamin Yamal da argentinalının rekordunu təkrarlayıb. O, “Sevilya” ilə oyunda bir məhsuldar ötürmə ilə mövsümdəki assist sayını 6-ya çatdırıb.

17 yaşlı ispaniyalı Messidən sonra mövsümün ilk 10 oyununda altıdan çox məhsuldar ötürmə edən futbolçu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43