“Borussiya”nın (Dortmund) futbolçusu Robert Levandovskinin yayda komandadan ayrılacağı dəqiqləşib.
Bu barədə hücumçunun özü məlumat verib. Almaniya mətbuatına danışan polşalı futbolçu razılaşdığı klubun adını açıqlamayıb:
“2014-cu il iyunun 30-a qədər “Borussiya”nın futbolçusuyam. Ancaq yeni klubla razılığa gəlmişəm. Klubun adını yanvar ayında açıqlayacam. Bu səbəbdən daha transfer təkliflərini qəbul etmirəm”.
Bəzi mənbələrdə onun böyük ehtimalla “Bavariya”ya keçəcəyi bildirilir.