Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu Bolqarıstanın “Levski”si ilə qarşılaşıb.
İdmanxeber.com-un məlumatına görə, 3:0 hesabı ilə qalib gələn “Levski” klubunun baş məşqçisi Stoyço Stoev matç barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb.
“Hər şeydən razıyam. “Qarabağ”la oyuna yaxşı başlamadıq, amma sonradan üstünlüyü ələ aldıq. Matçın 50-ci dəqiqəsində hesabı 3:0 etdikdən sonra futbolçularımızda bir qədər arxayınlaşma oldu ki, bu da normaldır. Təlim-məşq toplanışının sonunda daha yaxşı çıxış edəcəyik”.