UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Lex” – “Qarabağ” oyununa bilet satışı davam edir.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma üçün 22 mindən çox bilet satılıb.
Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. “Poznan” stadionu 43 min azarkeş tutumuna malikdir.
Qeyd edək ki, iyulun 5-də oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.