28 Noyabr 2022
Kateqoriyasız

“Lex”in baş məşqçisi “Qarabağ” haqda: “Onlarla matça hazır olmalıyıq”

Polşanın “Lex” komandasının yeni baş məşqçisi Con van den Brom klubun saytına açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, niderlandlı mütəxəssis Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyuna hazırlıqdan da danışıb:

“Polşa çempionu olan və Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edəcək komandada çalışmaq mənim üçün əla fürsətdir. Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıb. İyulun 5-də vacib görüşümüz var. Hazırlaşmağa vaxtımız var.

Futbolçuların hər biri ilə görüşməliyəm. Komandanın oyunlarını izləmişəm. İlk növbədə “Qarabağ”la matça hazır olmalıyıq”.

“Qarabağ” “Lex”ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Nuriyev dubl etdi, komandası qələbə qazandı – Video

admin

Məşhur futbolçu məhkəmə qarşısına çıxır – pişiyi təpiklədiyinə görə

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin