08 Avqust 2022
Kateqoriyasız

“Lex”in baş məşqçisi “Qarabağ”la bağlı nə dedi? – AÇIQLAMA

“Lex”in baş məşqçisi Con van den Brom evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat ilk oyunundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib:

“Çempionlar Liqasında zəif rəqib yoxdur. “Qarabağ”a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmət etməlidir.

Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəcəyik. Təbii ki, asan olmayacaq”.

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Premyer Liqamızda 8-ci turun rəmzi komandası

admin

“Qəbələ”nin oyunlarının vaxtı dəqiqləşdi

admin

“Şikayət etmək istəmirik, amma…” – Samir Abasov

admin