Dünya futbolu

“Lill”in yeni baş məşqçisi müəyyənləşdi

Fransa I Liqasında mübarizə aparan “Lill”in yeni baş məşqçisi məlum olub.

İdmanxeber.com-un məlumatına görə, Patrik Kollonu postundan uzaqlaşdıran “Lill”  baş məşqçilik vəzifəsini Frank Passiyə həvalə edib.

50 yaşlı mütəxəssis mövsümün sonuna kimi “çoban itləri”ni çalışdıracaq.

Xatırladaq ki, Passinin son iş yeri “Marsel” olub.

Qeyd edək ki, “Lill” Fransa I Liqasında 25 turdan sonra cəmi 26 xal toplayıb və 20 komanda arasında 17-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43