09 Yanvar 2025
Ölkə futbolu

“Limitin ləğvi onların inkişafına böyük zərbə olacaq”

“Hazırda çempionatda yerli futbolçu qıtlığı var. Limitin ləğv edilməsi imkanlı klublara sərf edəcək” 

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Nadir Nəbiyev Premyer Liqada legioner limitinin ləğvi müzakirəsi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bu məsələni yəqin ki, oturub analiz ediblər. Bəlkə də düşünürlər ki, limitin ləğv edilməsi Azərbaycan futbolunun inkişafına təkan olacaq. Yəqin buna görə də belə qərar vermək istəyirlər. Əgər legioner limiti ləğv edilsə, bu qərar millidə çıxış edən və klublardakı perspektivli yerli oyunçular üçün çətin olmayacaq. Ancaq elə azərbaycanlı futbolçular var ki, böyük ümidlə Premyer Liqada oynamağı gözləyirlər, bunu arzulayırlar. Limitin ləğvi onların inkişafına böyük zərbə olacaq. Məncə, legioner limitinin ləğvi ölkə futboluna fayda verməyəcək”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43