05 Dekabr 2024
Ölkə futbolu

“Lion” nə qədər adlı-sanlı klub olsa da, “Qarabağ” qalib gələcək”

Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev “Qarabağ” – “Lion” oyunu barədə danışıb.

İdmanxeber.az-a açıqlama verən sabiq futbolçu Ağdam təmsilçisinin şanslarını dəyərləndirib:

“Lion” adlı-sanlı klubdu. Avropada böyük təcrübəsi, kifayət qədər uğurları var. Düzdü, Fransa çempionatını davamlı izləmirəm. Ancaq “Lion”u tanıyırıq. Son vaxtlar onlar barədə yaxşı sözlər demirlər. Mətbuatdan oxuduğum qədəri ilə klubun ciddi maliyyə problemləri var. Ancaq bütün bunlara baxmayaraq rəqib güclüdü.

“Qarabağ”ı heç də asan oyun gözləmir. Görüşün evdə, azarkeşlər önündə keçirilməsi böyük üstünlükdü. Ötən tur “Bodo Qlimt”lə matçı unutmamışıq. “Qarabağ” çox yaxşı nəticə göstərdi. Bununla da hamı ilə oynaya biləcəyini sübut etdi. “Lion” nə qədər adlı-sanlı klub olsa da, “Qarabağ” qalib gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43