"Barselona"nın həkimləri komandanın ulduz futbolçusu Lionel Messinin zədədən sonrakı bərpa prosesindən razı qalıblar.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Kataloniyanın "Sport" qəzeti xəbər yayıb.
Bu isə o deməkdi ki, argentinalı forvard La Liqanın XII turunda "Real"la səfərdə keçiriləcək oyuna qədər tam hazır olacaq.
Daha əvvəl bildirilirdi ki, Messi dizindəki problemə görə ən azı 7-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.