“Qarabağ”ın Avroliqadakı rəqibi “Lion” Fransa çempionatında növbəti matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, noyabrın 28-də Bakıda Ağdam klubunun qonağı olacaq komanda Fransa Liqa 1-də 12-ci tur çərçivəsində səfərdə “Reyms”lə qarşılaşıb.
İki qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib – 1:1.
Bu heç-heçədən sonra “Lion” xallarını 19-a çatdırıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.