Dünya futbolu

“Lion”un baş məşqçisini ağır cəza gözləyir

“Lion” komandasının baş məşqçisi Paulu Fonseka ağır cəzaya məruz qalacaq.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb mütəxəssisin “Brest”ə qarşı çempionat oyununda baş hakimə qarşı qeyri-idman hərəkət etməsidi. O, matçın  referisinə hücum edib və qırmızı vərəqə alıb.

Fransa mətbuatının yazdığına görə, Fonsekanı 7 aylıq diskvalifikasiya gözləyir. Matç “Lion”un 1:0 hesablı qələbəsilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43