Ölkə futbolu

Lisenziyalaşdırma Qrupu seminar keçirəcək

2017-ci il  aprelin 17-də AFFA-nın Futbol Akademiyasının inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Topaz Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar təşkil olunacaq.

Idmanxeber.com-un məlumatına görə, seminarda UEFA-nın Maliyyə Fair Play qaydaları müzakirə olunacaq və klub nümayəndələri 2016-cı maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil edəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43