Kateqoriyasız

“Liverpul” Braziliyadan futbolçu transfer etdi

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.

Son İngiltərə çempionu “Fluminense”nin qapıçısı Marselo Pitaluqanı transfer edib. 18 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Bu transfer üçün “Liverpul”un Braziliya klubuna 750 min avro ödədiyi bildirilib.

arselo Pitaluqa 2019-cu ildə Braziliya U-17 millisi ilə dünya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43