Kateqoriyasız

“Liverpul” dayandı, PSJ mərhələ adladı

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Turnirin son qalibi “Liverpul” evdə ilk oyunda 0:1 hesabı ilə uduzduğu Madrid “Atletiko”sunu qəbul edib. Əsas vaxtda 1:0 üstün olan enfildlilər əlavə vaxtda hesabı 2:0 etsələr də, “Atletiko” 3 qol vuraraq, növbəti mərhələyə yüksəlib.

Digər görüşdə isə Dortmund “Borussiya”sı evdə 2:1 hesabı ilə məğlub etdiyi PSJ-nin qonağı olub. Parislilər 2 cavabsız qolla qalib gəlib, 1/4 finala vəsiqə qazanıb.

Çempionlar Liqası
1/8 final (Cavab oyunları)

00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) – 2:0
Qollar: Neymar, 28, Bernat, 45+1
Qırmızı vərəqə: Emre Can, 89

İlk oyun – 1:2

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) – 2:3
Qollar: Veynaldum, 43, Firmino, 94 – Llorente, 97, 105+1, Morata, 120+1

İlk oyun – 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43