“Liverpul” qapıçı Giorgi Mamardaşvilinin transferi ilə bağlı “Valensiya” ilə danışıqlar aparır
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu Gürcüstan millisinin futbolçusu üçün 30 milyon avrodan çox pul ödəyəcək. Lakin Mamardaşvili start heyətində oynamaq istədiyindən, “qırmızılar” hazırkı “Liverpul”un bir nömrəli Alisson gedənə qədər qapıçını icarəyə verəcək.
İyulun 18-də “Transfermarkt” portalı dünyanın ən bahalı qapıçılarının siyahısını yeniləyib. Mamardaşvili və portuqaliyalı Dioqo Kosta (“Portu”) birinci yeri bölüşürlər – hər biri 45 milyon avro.