Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə də 2 oyun keçirilib.
Günün ən maraqlı oyunu İngiltərədə olub. Bu ölkəni təmsil edən iki komanda – “Liverpul” və “Mançester Siti” birincilərin meydanında qalibi müəyyənləşdirməyə çalışıblar. Premyer Liqada hegemonluq edən “Mançester Siti” bu dəfə də “Liverpul” qarşısında aciz qalıb. Meydan sahibləri ilk hissədə “şəhərlilər”i 3 dəfə meydana mərkəzdən başlamağa məcbur edib.
Bu həm də oyunun ümumi nəticəsi olub və beləliklə Klopun yetirmələri cavab matçı öncəsi böyük üstünlük əldə ediblər.
Günün digər matçında isə “Barselona” “Roma”nı qonaq edib. Turun favoriti olan “Barsa” iddialı olduğunu ilk oyundaca isbatlayıb – 4:1.
4 aprel
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
22:45. “Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) – 3:0
Qollar: Məhəmməd Salah, 12, Aleks-Oksleyd Çemberleyn, 21, Sadio Mane, 31
Baş hakim: Feliks Brix (Almaniya)
22:45. “Barselona” (İspaniya) – “Roma” (İtaliya) – 4:1
Qol: De Rossi, 38-avtoqol (1:0), Manolas, 56-avtoqol (2:0), Jerar Pike, 59 (3:0), Dzeko, 80 (3:1), Suares, 88 (4:1)
Baş hakim: Danni Makiele (Hollandiya)
3 aprel
“Yuventus” (İtaliya) – “Real” (İspaniya) – 0:3
“Sevilya” (İspaniya) – “Bavariya” (Almaniya) – 1:2
Барселона – Рома. Обзор матча от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.
Ливерпуль – Манчестер Сити. Обзор матча. от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.