28 Fevral 2025
Dünya futbolu

“Liverpul” Nunyesi satıb onu gətirmək istəyir

“Liverpul” hücumçusu Darvin Nunyeslə yollarını ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik 25 yaşlı uruqvaylı üçün gələn təklifləri dəyərləndirəcək. “Qırmızılar” hücumçusunu yüksək məbləğdə təzminata satmağı düşünür.

Onun yerinə isə “Brayton”dan Joao Pedro komandaya cəlb edilə bilər. 23 yaşlıfutbolçu bu mövsüm oynadığı 22 matçda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43