Çempionlar Liqasının 1/8 finalında sabah “Liverpul”la qarşılaşacaq “Bavariya” iki aparıcı oyunçusunun xidmətindən yararlana bilməyəcək.
Komandanın baş məşqçsi Niko Kovaç Almaniya mətbuatına açıqlamasında Boatenqin mədəsində ağrı olduğu üçün Münhendə qalmalı olduğunu deyib.
Riberi isə ötən gecə övladı dünyaya gəldiyi üçün Liverpula getməyib.
“Liverpul” – “Bavariya” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.