Dünya futbolu

“Liverpul” Ozan Kabakı transfer etdi

“Liverpul” transfer pəncərəsinin bağlanmasına qısa müddət qalmış daha bir futbolçunu heyətinə qatıb.

İngiltərə çempionu Türkiyə millisinin və Almaniyanın “Şalke” klubunun müdafiəçisi Ozan Kabakla güclənib.

Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. 20 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götülürüb. Ozan yeni komandasında “19” nömrəli formanı geyinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43