25 Fevral 2025
Dünya futbolu

“Liverpul” Salahla anlaşa bilmir

“Liverpul” hücumçusu Muhammed Salahla danışıqları davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik misirli forvardı komandada saxlamaq istəyir. Tərəflər bir müddətdi danışıqları davam etdirir. Ancaq İngiltərə mətbuatı onların razılaşa bilmədiklərini yazır.

Salahın klubun şərtlərini qəbul etmədiyini və ancaq danışıqların davam etdiyi vurğulanıb. 

Xatırladaq ki, ulduz futbolçunun klubu ilə müqaviləsi mövsüm sonu başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43