“Liverpul”un hücumçusu Mohamed Salah klubla müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, sözləşmə daha bir il uzadılma imkanı ilə 2027-ci ilə qədər davam edəcək. Misirlinin mersisaydlılarla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Bu mövsüm o, klub üçün bütün yarışlarda 24 oyun keçirib, 18 qol vurub və 15 məhsuldar ötürmə edib. 32 yaşlı forvard Premyer Liqada ardıcıl 4 mövsümdə 10 qol və 10 məhsuldar ötürmə edən ilk oyunçu olub.