“Liverpul” “Kvin Parks”la razılığa gəldiyi Loik Remi transferindən imtina edib.
İdmanxeber.com “dailysport”-a istinadən xəbər verir ki, “Liverpool Echo”nun verdiyi xəbərə görə, buna səbəb fransız forvardın tibbi müayinədən keçərkən problem çıxmasıdı.
Mersisayd klubu London klubu ilə 8,5 milyon funt sterlinqə razılıq əldə etmişdi. Transferin yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilsə də, keçid alınmayıb.
Remi 2010-cu ildə “Marsel”də oynayarkən yenə ürəyi ilə bağlı problemlə üzləşmişdi. Ancaq həmin vaxt həkimlər bunun onun oynamağına mane olmadığını bildirmişdilər.
Müqavilə ilə “Kvin Parks”a məxsus olan Remi ötən mövsüm icarə əsasında “Nyukasl”da oynayıb, 26 görüşdə 14 qol vurub.