Dünyadan

“Liverpul”dan 11 milyon avroluq transfer

İngiltərənin “Liverpul” klubu “Southempton”dan Riki Lamberti transfer edir.

İdmanxeber.com-un məlumatına görə, mersisaydlılar klubun yetirməsi olan Lamberti 11 milyon avro qarşılığında rənglərinə qatmağı planlaşdırır.

5 il “Liverpul”un aşağı yaş qruplarında çıxış etmiş və “Southempton”da göstərdiyi performansla İngiltərə millisinin dünya çempionatında iştirak edəcək heyətinə salınmış Lambertin də bu transfer “hə” deyəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43