İngiltərənin “Liverpul” klubu növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, “mersisaydlılar” Lazar Markoviçin ardından “Kvins Park Reyncers”in futbolçusu Luik Remini heyətinə qatıb.
Ötən mmövsüm “Nyukasl”ın heyətində icarə əsasında çıxış edən 27 yaşlı futbolçunun “qırmızılar”a keçidi 8.5 milyon avroya başa gəlib. Fransa millisinin də şərəfini qoruyan Remiylə münasibətlər yaxın günlərdə rəsmiləşəcək.