“Liverpul” “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuamenini heyətinə qatmaq niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” futbolçuya qarşılıq 50 milyon avro ödəməyə hazırdı. Ancaq İngiltərə klubu bu məbləği hissə-hissə ödəmək niyyətindədi.
Tçuameni bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 21 oyun keçirib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.