08 Sentyabr 2024
Dünyadan

“Liverpul”dan transfer həmləsi: rəsmi təklif göndərildi

İngiltərənin “Liverpul” klubu Adam Lallananın transferinə görə “Sauthempton”a rəsmi təklif göndərib.

İdmanxeber.com-un məlumatına görə, “Liverpul” bu transfer üçün qarşı tərəfə 20 milyon funt ödəyəcək. 

Transferin başqa detalları ilə bağlı hələ ki məlumat yoxdu.

Qeyd edək ki, Lallana bu mövsümdə bütün oyunlarda meydana çıxıb. 9 qol və 8 ötürmə ilə cari mövsümü qapayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43