“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnolda yeni müqavilə təklif edib.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” futbolçunu buraxmaq niyyətində deyil. Ona 20 milyon funt-sterlinqdən 2 illik sözləşmə təklif edilib.
Həmçinin “Real” da Trenti gələn yay azad agent kimi almaq üçün səylərini gücləndirir. Madrid klubu futbolçu ilə görüşü yanvar ayına təyin edib.