“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karraqer komandanın baş məşqçisi Yurgen Klopp barədə açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli sabiq futbolçu almaniyalı mütəxəssis haqqında xoş sözlər söyləyib:
“Liverpul”un baş məşqçisi tanrı kimidir. Uğur qazanmaq hər zaman komandanın çalışdırıcısından asılıdır. “Liverpul”un baş məşqçisinin böyük gücə sahib olduğuna inanıram”.
Premyer Liqanın 15 turundan sonra “qırmızılar” 34 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.