17 Noyabr 2024
Dünya futbolu

“Liverpul”un futbolçusu Almaniyaya qayıdır

“Liverpul”un futbolçusu Nabi Keyta Bundesliqaya qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, mövsüm sonu qvineyalı yarımmüdafiəçinin komandası ilə müqaviləsi sona çatır. “Qırmızılar” onunla sözləşmə yeniləmək niyyətində deyil.

28 yaşlı futbolçunun xidmətində “Leypsiq” və “Borussiya” maraqlıdır. Keytanın Almaniyaya qayıtmağa müsbət yanaşdığı vurğulanıb.

Yarımmüdafiəçi 2018-ci ildə “Leypsiq”dən “Liverpul”a keçib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43