Kateqoriyasız

“Liverpul”un futbolçusu: “Azərbaycanla oyunda çətinlik çəkəcəyimizi düşünmürəm”

Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren ölkəsinin mətbuatına açıqlamasında “Avro-2016”nın seçmə mərhələsində sabah Azərbaycan yığması ilə qarşılaşacaqları oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, “Liverpul” şərəfini qoruyan 25 yaşlı futbolçu millimizlə oyunda yaxşı nəticə qazanacaqlarına əmin olduğunu bildirib: 

“Bolqarıstan üzərində qələbədən sonra komandamızda yaxşı əhval-ruhiyə var. Heç bir yorğunluğumuz yoxdur. Növbəti matça tam hazırıq. 

Komandaları müqayisə edəndə favorit olduğumuz görünür. Üstəlik biz doğma meydanda oynayacağıq. Qələbələrimizi sıralayacağımıza inanıram. Son illərin ən yaxşı heyətinə malikik. Bu futbolçularla istənilən uğura layiqik. Sabahkı qarşılaşma haqda onu deyə bilərəm ki, Azərbaycan millisini kifayət qədər analiz edə bilməmişik. Bu sarıdan çətinlik çəkəcəyimizi düşünmürəm. Ancaq ümumilikdə Avropa komandalarının heç biri ilə asan oyun olmur. Sabah rəqib bizə çətinlik yarada bilər”.

Xatırladaq ki, Xorvatiya – Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43