“Liverpul”un baş məşqçisi Yurgen Klopp son dəqiqədə komandasının qələbə qolunu qeyd edərkən zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis “Tottenhem”lə qarşılaşmanın 94-cü dəqiqəsində (4:3) qələbə qoluna sevinərkən belində ağrı hiss edib.
O, bu barədə oyun sonrası mətbuat konfrasında məlumat verib. Klopp ağrısının hələ də davam etdiyini bildirib.
“Liverpul” hazırda 56 xalla Premyer Liqada 5-ci yerdədir.