27 Dekabr 2024
Ölkə futbolu

Lomaya “İnter”dən gedir

Bakının “İnter” klubu bir futbolçu ilə yollarını ayırır.

Bu gürcüstanlı qolkiper Georgi Lomayadır. Onun qışda böyük ehtimalla komandadan ayrılacağı gözlənilir.

Əlcək ustasına ölkəsinin “Dila” komandasından rəsmi təklif var. Deyilənə görə, Lomaya həmyerlilərinə ilkin razılıq da verib.

Yeri gəlmişkən onu da qeyd edək ki, Lomaya “İnter”də ilinə 160 min dollar qazanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43