Kateqoriyasız

Lopes Mahir haqqında danışdı: “Onda diqqətimi çəkən budu”

Polşanın “Rakuv” klubunun ispaniyalı futbolçusu İvi Lopes ölkə çempionatında “Legiya”nı 3:2 məğlub etdikləri matçdan sonra açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, həm “Legiya”, həm də Mahir haqqında danışıb:

“Hər bir futbolçu Çempionlar Liqası və Avropa Liqasında oynamağı arzu edir. Çünki bu cür turnirlərdə özünü daha yaxşı tərəfdən göstərmək imkanına sahibdi. “Legiya” futbolçularına həsəd aparıram. Bununla yanaşı onlara tək “Lester” matçında deyil, qrupun bütün oyunlarında uğurlar arzu edirəm. “Legiya” çox yaxşı komandadı və baş məşqçi onlara istirahət verə bilir. “Legiya”nın hücumçusu Mahir Emreli yüksək performans göstərir. O, çox aktivdi, onu hər yerdə görmək mümkündü, daim hərəkətdədi. Diqqətimi çəkən də budur”.

“Xetafe”, “Levante”, “Valyadolid”, “Hueska” klublarında çıxış etmiş 27 yaşlı forvard 2020-ci ildən “Rakov”da oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43