28 Oktyabr 2024
Ölkə futbolu

“Ludoqorets” azarkeşləri Medinanı niyə fitə basırdı? – SƏBƏB

“Qarabağ”ın futbolçusu Kevin Medina dünən axşam keçirilən “Ludoqorets” oyununda (7:2) yerli azarkeşlərin təpkisinə məruz qalıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi top ayağında olan zaman fanatlar tərəfindən fitə basılırdı. Buna səbəb Bakıdakı ilk görüşdə baş verənlər olub.

Belə ki, Medina “Ludoqorets”in əsas qol silahı olan Bernard Tekbeteyə qarşı ilk matçda sərt müdaxilə etmiş və bunun ardından hücumçu zədələnib əvəzlənmişdi. Onun zədəsi ciddi olduğundan cavab matçını da buraxmalı olub. 

Sırf bu səbəbdən bolqar tərəfdarlar Medinaya qarşı belə aqressiv münasibət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43