Luis Alberto bu yay “Latsio”dan ayrılmaq istəyir.
İdmanxeber.az məlumat verir ki, oyunçu bu barədə qərarını özü açıqlayıb:
“Latsio”ya dedim ki, müqaviləmi ləğv edin. Bir avro belə istəmirəm. Artıq dəyişim zamanıdır və yenilərin önünü açmaq lazımdır. Gələn il mən olmayacam”.
Alberto 2016-cı ildən “Latsio”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.