22 Oktyabr 2024
Dünya futbolu

Luis Suares Amerika klubundakı gələcəyindən danışdı

“İnter Mayami”nin hücumçusu Luis Suares Amerika klubundakı gələcəyindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı uruqvaylının klubla müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatır. O, yeni sözləşmə ilə bağlı bunları deyib:

“Agentim klubla danışıqlar aparır, hələlik mən bu mövsümü istədiyim kimi sakit başa vurmağa qərarlıyam. Mən kluba motivasiyalı və fiziki cəhətdən hazır olduğumu göstərmək istəyirəm”.

Bu mövsüm Suares 26 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43