“Real”ın yarımmüdafiəçisi Luka Modriç daha bir mövsüm klubda qalmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə xorvatiyalı futbolçu özü açıqlama verib:
“Planım “Real”da tarix yazmağa davam etməkdir. Matçlar və kuboklar qazanmışam. Ümid edirəm ki, bu mövsüm də bacaracam. Dünyanın ən yaxşı klubunda hər anımdan həzz almaq istəyirəm, çünki bunun nə qədər davam edəcəyini bilmirəm”.
38 yaşlı xorvatiyalı 2011-ci ildən Madrid klubunda çıxış edir. Bu mövsüm o, 15 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.