“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı əlcək ustası Ağdam klubu ilə bağlı sualı cavablandırıb.
Təcrübəli qolkiper bildirib ki, “Qarabağ” Rusiya çempionatında oynasaydı, lidərlərdən biri olardı: “Buna şübhə yoxdur. Onlar ən yüksək yerlər uğrunda yarışardılar”.
Yayda Ağdam təmsilçisindən ayrılan qapıçı həmçinin bildirib ki, “Qarabağ” “TOP-6″lığa yüz faiz düşərdi.