Sosial şəbəkələrdə “Qarabağ”ın məşqindən maraqlı görüntülər yayılıb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin braziliyalı oyunçusu Riçard Almeyda məşq zamanı Andrey Lunyovun qoruduğu qapıya zərbələr vurub.
Zərbələrdən biri qol olduqdan sonra millimizin sabiq üzvü rusiyalı qolkiperə “Lunyov, bura nə “Zenitdir”, nə də “Bayer”, bura “Qarabağ”dır” deyərək, zarafat edib.
Görüntülərin hansı tarixdə baş verdiyi dəqiq bəlli deyil.