26 Noyabr 2024
Ölkə futbolu

Lunyovdan “Qarabağ”a sevindirici xəbər

“Qarabağ” Premyer Liqanın XIV turunda qarşılaşacağı “Sabah” oyununun hazırlığını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, “Bayer” görüşündə zədələnən qapıçı Andrey Lunyov yüngül məşqlərə başlayıb. Rusiyalı qapıçının tez bir zamanda meydanlara qayıdacağı gözlənilir. 

“Bayquşlar”a qarşı oyun öncəsi Ağdam təmsilçisinin heyətində cəzalı futbolçu yoxdur. 

“Sabah” – “Qarabağ” matçı noyabrın 24-də start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43