Ölkə futbolu

“Mənə qiyməti məni işə götürənlər verirlər” – Elxan Məmmədov

AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az xəbər verir ki, federasiya rəsmi jurnalistin verdiyi “2007-ci ildən bəri olan fəaliyyətinizi özünüz 10 ballıq sistem üzrə neçə olaraq qiymətləndirərsiz” sualını belə cavablandırıb:

“Məktəbdə bir məllimim vardı. O da soruşurdu ki, özünüz necə qiymətləndirərsiz. Təbii ki, sonda jurnala qiyməti müəllim yazır. Adam özünə qiymət verməz. Mənə qiyməti İcraiyyə Komitəsinin üzvləri verir. Mən baş katib kimi başladım, hazırda icraçı vitse-prezidentəmsə, deməli nələrisə düzgün etmişəm. Mənə qiyməti məni işə götürənlər verirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Dalğa Arena” təmirə bağlandı

admin

Milinko Pantiç: “Hələ heç nə bitməyib”

admin

Emin 90 dəqiqə oynadı, komandası 3 xal qazandı

admin