05 Oktyabr 2022
Kateqoriyasız

“Mən ortaya adi söz atmamışam” – Qurban Qurbanovdan sərt sözlər

“Qarabağ” Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə “Səbail”ə 1:3 hesabı ilə məğlub olub.

Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Gözlədiyimiz gün gəlib çatdı. Seriya qırılmalı idi. Əfsuslar olsun ki, belə oyunla məğlub olduq. Futbolçulara deyiləcək sözüm yoxdu. Şəraiti hamımız gördük. Amma şərtlər hamı üçün eyni idi. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Topu idarə edə bilmiriksə, futbolçulardan yaxşı oyun da gözləyə bilmərəm. Bəzi məğlubiyyətlərin bizə faydası olur. Qarşıdakı matçlara hazırlaşacağıq.

Çox səbəb axtarmaq olar. Fiziki və psixoloji yorğunluq var. Məni daha çox şan-şöhrətdən sonra uduzmaq narahat edir. Uğurlu oyunlar bizi yoldan çıxara bilər. Komandadan çox danışılırdı. Məni narahat edən bu idi.

Elə bir oyun idi ki, kim birinci qol vurdu, o da udmalı idi. Dünyada böyükhesablı nəticələr olur. Bizdə belə hesablar nadir hallarda olur. Müdafiədə daha sağlam oynamağa çalışdıq. Bunlar normal hallardı.

Limit barədə çox danışılıb. Bir nöqtə olmalıdı. Bu söhbət artıq geridə qalıb. Dərindən düşünüb cavab vermək lazımdı. Futbolumuz üçün faydalı olanı düşünməliyik. Hər dəfə kənardan söz deyib kiməsə cavab vermək ucuz söhbətdi.

Futbolçuların hamısına dedim ki, qarşıdakı matça hazırlaşmalıyıq. Hansı əziyyətləri çəkdiklərini mən görürəm. Daha yaxşı meydança, daha yaxşı şərtlərdə pis oynasaydıq, onlardan başqa şey tələb edərdim.

Ən əsası odu ki, Klublar Komitəsi özü öz işindən razıdı. Mən quruma müraciət etmişdim. Amma belə fikirlər oldu ki, biz yalnız “Qarabağ”ı düşünürük. Elə mövzudu ki, çox danışmaq olar. Amma fikir bildirəndə ətrafında daha geniş müzakirələr olur. Sanki biz özümüzü fikirləşmişdik. Başa düşürəm, nizamnamə qəbul olunmuşdu. Amma bəzi ölkələrdə vəziyyətə uyğun dəyişiklik edildi. Əvvəl deyildi ki, baxılacaq. Amma sonra sərt reaksiya gəldi ki, sonadək belə qalacaq. Bundan sonra heç müzakirəyə də çıxarılmadı. Sözümüzün ucuz olmasını istəmirik. Çox söz demək olar. Amma əməl olunmursa, ciddiyə alınmırsa, mənasızdı. Sərt cavab bizim üçün xoş deyil. Ona görə də belə fikirləri boş vermək lazımdı. Klublarda çalışan baş məşqçilər hamısı mənim dostum-qardaşımdı. Çoxu “Qarabağ”dan gedənlərdi. Hər zaman onların yanında olmaq istəmişəm. Belə fikirləşirlərsə, yəqin, daha dərindən düşünüblər. Mən ortaya adi söz atmamışam. Kifayət qədər ciddi məsələdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Neftçi” bombardirinə yeni müqavilə təklif etmədi

admin

“Olimpiakos” “Neftçi” ilə oyun üçün bu futbolçuları sifariş etdi (Siyahı)

admin

İdmanxeber.az 6 yaşında!

admin