27 Dekabr 2024
Ölkə futbolu Premyer Liqa

“Mən özümdə belə hiss etmirəm” – Elvin Cəfərquliyev

“Xankəndini görmək çox sevincli və maraqlı idi. Bu, bizim üçün ən vacibi idi. Düzünü desəm, matçın özü arxa planda qaldı. Əsas odur ki, biz öz torpaqlarımızı gördük. Oyun da maraqlı keçdi. Xoşbəxtlikdən qələbə qazana bildik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan kubokunun 1/8 final mərhələsində Xankəndidə MOİK-lə keçirilən oyundan (1:0) sonra  jurnalistlərin suallarını cavablandırarkən deyib.

Elvin azarkeşlərin onun performansının aşağı düşməsi haqda sosial platformalarda yazdıqları şərhlərə də cavab verib:

“Azarkeşlərin fikrinə hörmətlə yanaşıram. Hər şey mümkündür. Amma düzünü desəm, mən özümdə belə hiss etmirəm. Daim məşq edirəm, öz üzərimdə işləyirəm. Bütün oyunlara ciddi yanaşıram. Mən həqiqətən daha uğurlu çıxış etmək istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43