Rusiyalı məşqçi Eduard Uçurov 5 il müddətinə futboldan uzaqlaşdırılıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Etika Komitəsi qərar verib.
Rusiyanın “Volqar” klubunun keçmiş məşqçisif utbol oyunlarına mərc edərkən yaxalanıb.
Qeyd edək ki, Eduard Uçurov son olaraq “Metallurq”da idman direktoru vəzifəsində çalışıb.